Meksikada neft emalı zavodunda güclü yanğın – Yaralananlar var (Video)

Meksikada neft emalı zavodunda güclü yanğın – Yaralananlar var (Video)

Meksikanın cənubunda yerləşən neft emalı zavodunda güclü yanğın baş verib.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, Oahaka ştatında qeydə alınan yanğın nəticəsində 7 nəfər yaralanıb. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

İlkin ehtimala görə, yanğının baş vermə səbəbi sudur. Belə ki, sel durulducu çənə dolub və oradakı neft alovlanıb.

Neftin bir hissəsinin okeana axması təhlükəsi var.

OilGas.az

243 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ