“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

“Azneft” İstehsalat Birliyinin istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

OilGas.Az SOCAR-a istinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 784 kvadratmetr sahəyə malik 1778 saylı meydança əsaslı təmir olunaraq istismara verilib. “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulub, 26 ədəd rigel praqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılıb, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.

OilGas.Az

236 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ