“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyuda qazma işlərinə başlanılıb.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1820 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

OilGas.az

 

257 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ