“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1954A saylı esakadayanı meydançadan 2690 nömrəli quyu qazmadan sonra istismara verilib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Qirməkialtı lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 1 210-1 205 metr intervaldan gündəlik 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

OilGas.az

 

376 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ