“Neft Daşları”nda qətl – Neftçi neftçini öldürüb

“Neft Daşları”nda qətl – Neftçi neftçini öldürüb

“Neft Daşları”nda bədbəxt hadisə baş verib. 

SOCAR-dan OilGas.az-a verilən məlumata görə, Dekabrın 12-də saat 11-50 radələrində “Neft Daşları”nda SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

OilGas.az

208 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ