“Neft Daşları”na gedən helikopter qəza enişi edib

“Neft Daşları”na gedən helikopter qəza enişi edib

Bu gün “Silkway Helicopters Services” aviaşirkətinin “Мi-8” helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

Aviaşirkətdən OilGas.az-a verilən məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi zərər görməyib.

“Neft Daşları” yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə “Silkway Helicopters”in digər helikopterləri ilə çatdırılacaq.

Hazırda hadisənin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb.

OilGas.az

399 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ