“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2665 nömrəli quyu qazmadan sonra istismara verilib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1375-1356 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

OilGas.az

 

236 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ