“Neft daşları” faciəsindən 60 il ötür…

“Neft daşları” faciəsindən 60 il ötür…

Bu gün “Neft daşları” tarixində baş vermiş ən faciəvi hadisənin ildönümüdür.

OilGas.az xəbər verir ki, 1957-ci il noyabrın 21-də gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək qeydə alınıb. Nəticədə 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa yaranıb. Qasırğanın gücünə tab gətirməyən dəniz özülü dağılıb. Həmin ərazidə olan 21 nəfər suya düşüb. O dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmayıb.

Hadisə nəticəsində “Neft daşları” Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları – Neft Daşlarının əsasını qoyanlardan M.P.Kaveroçkinin və S.Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olub.

Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.

1999-cu ildə Neft Daşlarının yaranmasının 50 illik yubileyi günlərində faciə qurbanlarının xatirəsinə abidə ucaldılıb.

2009-cu ildə Neft Daşlarının yaranmasının 60 illik yubiley ərəfəsində parkın yenidən qurulması ilə əlaqədar həlak olan neftçilərin xatirəsinə yeni memorial kompleks yaradılıb.

Qeyd edək ki, bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.

OilGas.az

132 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ