Neft bu gün neçəyədir?

Neft bu gün neçəyədir?

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar və ya 0,42% artaraq 66,50 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar və ya 0,31% bahalaşaraq 71,64 dollar olub.

134 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ