Neft borusu partladıldı – Terror aktı

Neft borusu partladıldı – Terror aktı

Bəhreynin paytaxtı Manamadan 15 km uzaqlıqda yerləşən Buri kəndində neft borusu partladılıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu açıqlamasında ölkənin daxili işlər naziri Raşid bin Abdullah Al Halife açıqlayıb.

O, hadisəni terror aktı kimi qiymətləndirib: “Bu, təhlükəli terror aktıdır. Bununla ölkəmizi təhdid edirlər”.

Qeyd edək ki, partlayış nəticəsində çıxan yanğın nəzarətə götürülüb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

OilGas.az

 

93 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ