Neft bazasında yanğın – Ukraynada

Neft bazasında yanğın – Ukraynada

Ukraynada “BRSM-nafta” neft bazasında yanğın baş verib.

OilGas.az xəbər verir ki, ötən gün baş verən yanğınla bağlı Ukrayna fövqəladə hallar üzrə dövlət xidməti məlumat yayıb. Yanğın çənlərin sökülməsi üzrə qaynaq işləri aparılarkən baş verib.

Yanğının söndürülməsinə 4 ədəd texnika və 18 nəfər yanğınsöndürən cəlb olunub. Axşam saatlarında yanğını söndürmək mümkün olub.

Hadisə nəticəsində yaralıların olub-olmaması barədə məlumat yoxdur.

OilGas.az

257 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ