Neft bazasında partlayış – Xəsarət alan var

Neft bazasında partlayış – Xəsarət alan var

Ukraynada neft bazasında partlayış baş verib.

OilGas.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, hadisə Vişnyovoe şəhərində avtosisternə dizel yanacağı doldurarkən qeydə alınıb. Hadisə nəticəsində yanğın baş verməyib.

Partlayışda neft bazasının əməkdaşı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. O hadisə baş verən zaman sisternin üzərində olub.

Faktla bağlı cinayət işi başladılıb. Təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı araşdırılır.
OilGas.az

237 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ