Neft bazarının monitorinqi aparılacaq – Tarix açıqlandı

Neft bazarının monitorinqi aparılacaq – Tarix açıqlandı

Neft hasilatının azaldılması barədə Vyana sazişinin yerinə yetirilməsi üzrə Texniki Monitorinq Komitəsi yenidən toplaşır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, komitənin növbəti iclası oktyabrın 20-də Vyanada keçiriləcək. Görüşdə iştirak üçün Liviya, Nigeriya və İraq nümayəndələri də dəvət olunub.

İclasda neft hasilatının azaldıması barədə Vyana sazişinin müddətinin uzadılması, eləcə də daha böyük həcmdə məhdudlaşdırma məsələləri müzakirə oluna bilər.

Xatırladaq ki, 2016-cı ilin sonlarında OPEC və kartelə daxil olmayan 11 ölkə ümumi hasilatının  gündəlik 1,8 milyon barel azaldılması barədə razılığa gəlib. Saziş 2017-ci ilin birici yarım illiyi üçün bağlanıb. Bu ilin may ayında sənədin fəaliyyət müddəti 2018-ci il mart ayının sonuna qədər uzadılıb.

Sazişin şərtlərinə əsasən Liviya və Nigeriya neft hasilatının azaldılması barədə öhdəliklərdən azaddır. Belə ki, bu ölkələrdə hərbi münaqişələr neft sənayesinə ciddi ziyan vurub.

OPEC-in baş katibi Məhəmməd Barkondo ötən həftə açıqlamasında bildirib ki, İran Vyana sazişinin şərtlərinə 100% əməl etmək barədə öhdəlik götürüb.

OilGas.az

222 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ