Neft bahalaşdı

Neft bahalaşdı

Dünya birjalarında neft qiyməti bahalaşıb.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,31% artaraq 68,70 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar və ya 0,11% bahalaşaraq 73,29 dollar olub.

136 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ