Neft 4 dollara yaxın bahalaşdı

Neft 4 dollara yaxın bahalaşdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,74 dollar və ya 5,71% artaraq 69,28 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,50 dollar və ya 3,42% bahalaşaraq 75,55 dollar olub.

90 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ