“Neft 3 il 60 dollar olacaq” – Vahid Ələkbərov

“Neft 3 il 60 dollar olacaq” – Vahid Ələkbərov

““LUKoyl” 10 illik strategiyasını hazırlayarkən neftin qiymətinin yaxın 3 il ərzində 60 dollar/barel səviyyəsini keçməyəcəyini əsas götürüb”.

OilGas.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov açıqlama verib. Onun sözlərinə görə, hazırda neftin qiymətinin 55-60 dollara olması şirkəti qane edir. Lakin Ələkbərov neft qiymətinin sonrakı illərdə bahalaşacağını da istisna etməyib.

Qeyd edək ki, 2017-ci ilin yanvarında V.Ələkbərov neftin qiymətinin birinci yarımillikdə netin bir barelinin 50-60 dollara olacağını proqnozlaşdırmışdı.

 

OilGas.az

 

261 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ