Neft 10 dollara qədər ucuzlaşa bilər – HƏYƏCAN TƏBİLİ

Neft 10 dollara qədər ucuzlaşa bilər – HƏYƏCAN TƏBİLİ

Neft bazarında vəziyyət getdikcə daha da pisləşir. Bazarda yaranan ehtiyat artıqlığı qiymətlərə mənfi yöndə təsir etməyə davam edir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər 6-7 il sonra dünya üzrə neft qiymətlərinin 10 dollar/barel həddinə düşə biləcəyini proqnozlaşdırırlar.

“Longview Economics” konsaltinq şirkətinin Baş direktoru Kris Uotlinq bu qiymətin kifayət qədər real olduğunu bildirib. Belə ki, getdikcə investorların böyük bir qismi alternativ yanacaqla maraqlanır. Buna səbəb odur ki, bu gün neftin 70%-i nəqliyyat üçün tələb olunur. Elektriklə çalışan maşınların çoxalması isə neftə olan tələbatı qəfildən azaldacaq.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (EIA) 2018-ci ildə neft qiymətlərinin yükəslməsini gözləməyin əbəs olduğunu açıqlayıb.

OilGas.az

260 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ