Nazirlərin Monitorinq Komitəsi nə zaman toplaşacaq? – Vaxt və məkan bəlli oldu

Nazirlərin Monitorinq Komitəsi nə zaman toplaşacaq? – Vaxt və məkan bəlli oldu

OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas aprelin 14-15-də Ər-Riyadda keçiriləcək.

Qeyd edək ki, 2016-cı ilin noyabrında OPEC və kartelə daxil olmayan neft hasilat edən ölkələr hasilatın azaldılması barədə razılaşıblar. Vyanada imzalanan sazişə əsasən, ölkələr gündəlik hasilatın ümumi olaraq 1,8 mln barel azaldılmasına qərar veriblər. İlkin olaraq 2017-ci ilin birinci yarımilliyi üçün bağlanan sazişin müddəti bu ilin may ayında 2018-ci ilin sonuna qədər uzadılıb.

Sazişə riayət olunmasına nəzarət və onun şərtlərinə düzəlişlər üzrə Birgə Monitorinq Komitəsi yaradılıb. Tərkibinə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiyanın daxil olduğu komitə iki aydan bir iclas keçirir.

112 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ