Nazirlər razılaşdı – Hindistan şirkətləri İsrail bazarına çıxır

Nazirlər razılaşdı – Hindistan şirkətləri İsrail bazarına çıxır

Hindistan şirkətləri İsraildə neft və qaz axtaracaqlar

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistanın energetika naziri Dharmendra Pradhan İsrailin energetika naziri Yuval Ştaynitslə görüşü zamanı məlumat verib. Onun sözlərinə görə, Hindistan şirkətləri İsrail ərazisində neft və qaz quyularının axtarışında iştirak edəcəklər.

İstanbulda Dünya Neft Konqresi çərçivəsində görüşən nazirlər yaxın gələcəkdə Hindistan şirkətlərinin İsrail bazarında işləməsi və İsrail enerji texnologiyalarının Hindistanda yayılması üzərində çalışmaq barədə razılaşıblar.

Ştaynits Türkiyənin energetika naziri Berat Albayrakla da görüşüb. Türkiyəli nazir bu ilin sonuna qədər İsrailə səfər etməyə vəd verib. Nazirlər İsraillə Türkiyə arasında qaz kəməri tikintisinin sürətlənməsi barədə razılığa gəliblər.

OilGas.az

232 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ