Nazirlər iyulda Rusiyaya toplaşacaqlar – Monitorinq aparılacaq

Nazirlər iyulda Rusiyaya toplaşacaqlar –  Monitorinq aparılacaq

Neft hasilatının azaldılması barədə Vyana sazişinin monitorinqi üzrə nazirlər komitəsinin növbəti görüşü iyul ayında Moskvada keçiriləcək.

OilGas.az CNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.

“Bilirsiniz ki, bazarda baş verə biləcək istənilən hadisəyə reaksiya vermək imkanına sahibik. Bunun üzərində hər ay çalışan monitorinq komitəmiz var. Nazirlər komitəsi bu əsasda işləməyə davam edəcək”, -deyə Novak bildirib.

Qeyd edək ki, monitorinq komitəsinin növbəti iclası iyulun 23-24-də keçiriləcək.

OilGas.az

 

408 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ