Nazirlər bazarı nəzarətsiz buraxmır – Növbəti görüşün tarixi açıqlandı

Nazirlər bazarı nəzarətsiz buraxmır – Növbəti görüşün tarixi açıqlandı

Neft hasilatının azaldılması barədə Vyana sazişi üzrə Nazirlərin Birgə Monitorinq Komitəsi növbəti iclasa hazırlaşır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. O bildirib ki, növbəti iclas 21-22 yanvar tarixlərində Omanda keçiriləcək.

Qeyd edək ki, 2016-cı ilin noyabrında OPEC və kartelə daxil olmayan neft hasilat edən ölkələr hasilatın azaldılması barədə razılaşıblar. Vyanada imzalanan sazişə əsasən, ölkələr gündəlik hasilatın ümumi olaraq 1,8 mln barel azaldılmasına qərar veriblər. İlkin olaraq 2017-ci ilin birinci yarımilliyi üçün bağlanan sazişin müddəti bu ilin may ayında 2018-ci ilin sonuna qədər uzadılıb.

Sazişə riayət olunmasına nəzarət və onun şərtlərinə düzəlişlər üzrə Birgə Monitorinq Komitəsi yaradılıb. Tərkibinə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiyanın daxil olduğu komitə iki aydan bir iclas keçirir.

Sazişin yerinə yetirilməsini həmçinin, Birgə Monitorinq Komitəsinə daxil olan ölkələrin ekspertlərindən ibarət Texniki Komitə də izləyir. Bu komitə hər ay toplaşır. İclaslarda OPEC-in baş katibi Məhəmməd Barkindo da iştirak edir.

OilGas.az

376 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ