Nazir müavini: “Almaniya şirkətləri ilə əməkdaşlıq üçün böyük perspektivlər var”

Nazir müavini: “Almaniya şirkətləri ilə əməkdaşlıq üçün böyük perspektivlər var”

“Enerji sahəsində Azərbaycanın Almaniya şirkətləri ilə çoxşaxəli əməkdaşlığı mövcuddur və əməkdaşlığın artırılması imkanları var”.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumunda energetika nazirinin müavini Natiq Abbasov bildirib.

O, Almaniyanın “Uniper” və “Siemens” şirkətləri ilə əməkdaşlığı xatırladıb: “Almaniyanın keçmiş “E.ON”, indiki “Uniper” şirkəti, “Şahdəniz-2” qazının alıcılarından biridir. Bu şirkət ildə 1,5 mlrd. kubmetr “Şahdəniz-2” qazını alacaq. Bundan başqa, “Uniper” şirkəti enerji və buxar istehsalı sahəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi ilə əməkdaşlıq edir.

Həmçinin SOCAR və “Uniper” şirkəti Azərbaycanda enerji səmərəliliyini artırmaq məqsədi ilə də əməkdaşlıq edir. Bununla bağlı bu il saziş imzalanıb. Bundan başqa, bu şirkətlə Bakı və ətraf qəsəbələrin qaz təchizatının müasirləşdirilməsi, yenidən qurulması sahəsində əməkdaşlıq edilir. “Siemens” şirkətinin fəal iştirakı ilə 525 MVT gücündə “Sumqayıt” Elektrik Stansiyası, Bakıda iki yarımstansiya tikilib, beş yarımstansiyanın isə modernləşdirilməsi həyata keçirilib”.

2640 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ