Nazarbayev: “Neft qiymətləri hər kəs üçün əlverişlidir”

Nazarbayev: “Neft qiymətləri hər kəs üçün əlverişlidir”

“Hazırki neft qiymətləri kər kəs üçün əlverişlidir”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, sözügedən qiymətlər saxlansa, Qazaxıstan neft hasilatının azaldılması barədə Vyana sazişindəki öhdəliklərinə əməl etməyə davam edəcək.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının azaldılması barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

OilGas.az

277 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ