Natiq Abbasov: “Gələn il Azərbaycan üçün xüsusi tarixi əhəmiyyətə malikdir”

Natiq Abbasov: “Gələn il Azərbaycan üçün xüsusi tarixi əhəmiyyətə malikdir”

Qlobal bazarda neftin ucuzlaşması neft istehsal edən ölkələrin iqtisadi inkişafını ləngidir.

OilGas.az “Report”-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Argus” beynəlxalq neft sammitində çıxış edən Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib.

N.Abbasovun sözlərinə görə, neft qiymətlərinin aşağı düşməsi uzunmüddətli planlara da təsir edir: “Dünya bazarında neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, tarixi nailiyyətlərə neftlə imza atılıb. Məhz bu ilin əvvəlində imzalanan Vyana bəyannaməsi dünya bazarında neft qiymətlərinin artmasına müsbət təsir edib”.

Nazir müavini deyib ki, gələn il Azərbaycan üçün xüsusi tarixi əhəmiyyətə malikdir.

OilGas.az

308 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ