Müharibəsiz dünyanın sonu – Neft tükənsə, nə baş verər? – VİDEO

Müharibəsiz dünyanın sonu – Neft tükənsə, nə baş verər? – VİDEO

Dünyada neft tükənsə, nə baş verər? Bu sualın cavabını hər kəsə bəlli olsa da, bunu heç kim ağlının ucundan belə keçirmir.

OilGas.az xəbər verir ki, bu qorxunc hadisə baş versə, ilk öncə dünyada aclığın hökm sürəcəyi heç kimə sirr deyil. Hər halda marketlərə ərzaqları daşıyan nəqliyyat vasitələrinin hava ilə işləmədiyini də bilirik.

Neftin tükənməsi sözsüz ki, enerji istehsalatına da çox ciddi təsir göstərəcək. Bu sahənin istehsalatında isə daha çox kömürdən istifadə edilir. Dünyada istehsal olunan enerjinin 40 faizi istilik elektrik stansiyalarının hesabına əldə edilir. Kömür də qatar vasitəsi ilə daşınır. Bir vaqon kömür kiçik bir qəsəbənin günlük enerjisini qarşılayacaq qədərdir. Ancaq neft olmasa, qatarlar da hərəkətsiz qalmış olacaq. Belə durumda isə həyat iflic vəziyyətə düşəcək.

Neftin tükənməsi həm də, dövlətlərarası beynəlxalq ticarətlərdən təsirsiz ötüşməyəcək. Limanlar məcburiyyətdən bağlanılacaq. Bu durumda bahalaşmanın qaçılmaz olacağı istisna deyil. Bir zaman insan üçün kiçik, dəyərsiz bir əşyanın dəyəri ağlasığmaz dərəcədə yüksələcək.

“Neft tükənsə, dünyada nə baş verər?”sualına təqdim etdiyimiz video vasitəsi ilə cavab tapa bilərsiniz.

 

543 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ