“Moody’s” Azərbaycan bank sisteminə dair proqnozunu artırıb

“Moody’s” Azərbaycan bank sisteminə dair proqnozunu artırıb

Beynəlxalq “Moody’s” reytinq agentliyi Azərbaycan bank sisteminə dair proqnozunu “sabit”dən “müsbət”ədək artırıb.

Oilgas.az agentliyin məlumatına istinadən xəbər verir ki, proqnozda yaxın 12-18 ay ərzində bankların kredit qabiliyyətinin necə dəyişəcəyi barədə ehtimallar əks olunur.

“İqtisadi artımın davam etməsi, dövlət tərəfindən ev təsərrüfatlarına göstərilən misilsiz dəstək bank sisteminə müsbət proqnoz veilməsini şərtləndirən başlıca amillərdir. Dünyada enerji daşıyıcıların əlverişli qiymətləri, ixracatın artması, iqtisadiyyatda qeyri-neft sektorlarının payının böyüməsi nəzərə alınmaqla 2019-2020-ci illərdə iqtisadi artım sürətinin 3 faizədək artmasını gözləyirik. Hökumətin həyata keçirdiyi islahatlar da ölkədəki iqtisadi artıma müsbət təsir göstərməlidir. Buna baxmayaraq iqtisadiyyat neft qiymətlərin dəyişmələrinə qarşı hələ də həssasdır”, – deyən “Moody’s”ın analitikləri göstərilən proqnozda bankların balansını tarazlaşdırmaq, dövlətin ev təsərrüfatlarına dəstəyi sayəsində bank aktivlərinin daha da keyfiyyətli hala gələcəyini, habelə problemli kreditlərin payının 2020-ci ilin sonunadək 10 faizdən aşağıya enməsini güman etdiklərini qeyd ediblər.

“İlkin ssenarimizə görə bankların mənfəətinin artması və mövcud risqlər nəzərə alınmaqla ölçülən aktivlərinin çoxalması sayəsində bütövlükdə bank sistemində kapital yetərliliyi göstəriciləri sabit qalacaq”, – deyə qeyd olunan sənəddə dollarlı depozitlərin payı davamlı azalsa da, MDB ölkələri arasında ən yüksək səviyyədə qaldığı, bütövlükdə bank sistemi üzrə dollarlı passivləin azalması, həmçinin dövlətin dəstəyi sayəsində manatlı likvidliyin yaxşılaşdığı diqqətə çatdırılır.

Hesabatda həmçinin pul-kredit və büdcə-vergi mühiti yaxşılaşdıqca hökumətin artıq ayrı-ayrı banklara yox, bütövlükdə bank sektoruna yardım etdiyi də bildirilir.

45 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ