Moldova şist qazından imtina edir – Prezident qadağan etdi

Moldova şist qazından imtina edir – Prezident qadağan etdi

Moldova prezidenti İqon Dodon ölkə ərazisində şist qazı hasilatını qadağan etməyi təklif edib.
OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Moldova prezidentinin mətbuat katibi məlumat verib.

“Moldova hökumətilə ABŞ-ın Frontera Resources International şirkəti arasında imzalanan müqaviləyə dair vəziyyəti öyrənmək üçün işçi qrupu yaradılıb. İşçi qrupunun fəaliyyəti, eləcə də çoxsaylı vətəndaş və təşkilatlardan daxil olan müraciətlər nəticəsində Moldova prezidenti ölkə ərazisində şist qazının kəşfiyyatı və hasilatını qadağan etmək barədə qanunverici təşəbbüslə çıxış edib”,- deyə məlumatda qeyd olunub.

Mümkün qadağaya əsasən, yataqları araşdırmaq və Moldovada faydalı qazıntılar həyata keçirmək istəyən investorlar yerli hakimiyyət orqanlarından, ixtisaslaşmış təşkilatlardan, eləcə də işlərin aparılacağı ərazidə yaşayan və fəaliyyət göstərən fiziki və huquqi şəxslərdən icazə almalı olacaqlar.

OilGas.az

440 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ