Mobil operatorların gəliri açıqlandı

Mobil operatorların gəliri açıqlandı

Bu ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri 421,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,6%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 13,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,7%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,1%-i və ya 207,3 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

17 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ