Misir qaz ixracatçısına çevrilə bilər – “Zöhr” yatağında 30 trilyonluq ehtiyat

Misir qaz ixracatçısına çevrilə bilər – “Zöhr” yatağında 30 trilyonluq ehtiyat

Misirin “Zöhr” yatağında qaz hasilatına başlanılıb.

OilGas.az xəbər verir ki, bu barədə İtaliyanın “ENI SpA” neft-qaz şirkəti məlumat verib.

Port-Said şəhərindən şimalda yerləşən yataq 2015-ci ilin avqust ayında kəşf edilib. “Zöhr” Misirdə kəşf edilən ən böyük yataqdır. ENI şirkətinin hesablamalarına əsasən, yatağın qaz ehtiyatları 30 trilyon kubfutdan daha çoxdur.

“ENI” şirkətinin baş direktoru Klaudio Deskaltsi bildirib ki, bu layihə Misirin neft-qaz sahəsini tamamilə dəyişəcək:

“Bu yataq sayəsində ölkə gələcəkdə təbii qaz idxalçısından ixracatçısına çevrilə bilər”.

“ENI” yataqda 60 faiz paya malikdir. Rusiyanın “Rosneft” şirkəti 30, Böyük Britaniyanın BP şirkəti 10 pay sahibidir.

OilGas.az

404 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ