Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Millerin “Yeni İl arzusu” reallaşır
“Rusiyanın “Qazprom” şirkəti cari ildə uzaq xaric ölkələrinə qaz ixracını artırıb.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 1-dən dekabrın 15-dək şirkət tərəfindən uzaq xaric ölkələrinə 184,2 milyard kubmetr qaz nəql edilib. Beləliklə bu ölkələrə qaz ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% yüksəlib.
Bu ilin dekabr ayı ərzində “Qazprom” qaz nəqlini ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% artıraraq 9,2 milyard kubmetrə çatdırıb.
Şirkət rəhbəri Aleksey Millerin 2017-ci ildə qaz ixracını 197 milyard kubmetrə çatdırmaq məqsədinin reallaşması üçün il sonuna qədər “Qazprom” Avropa İttifaqı ölkələrinə daha 7,8 milyard kubmetr qaz nəql etməlidir.
MÜZAKİRƏ