Məşhur şirkətin sədrliyinə sürpriz namizəd

Məşhur şirkətin sədrliyinə sürpriz namizəd

Almaniyanın sabiq kansleri, “Nord Stream AG” şirkətinin Səhmdarlar Komitəsinin rəhbəri Gerhard Şröderin “Rosneft”in direktorlar şurasının sədri postuna namizəd olub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, eks-kanslerin direktivini Rusiya Federasiyasının Nazirlər Kabineti təsdiqləyib.

Namizədlər siyahısında eks-kanslerlə yanaşı Rusiyanın energetika naziri Aleksandr Novakın adının da olacağı iddia olunsa da, siyahının geri qalan hissəsində hələ heç bir dəyişiklik yoxdu. Burada “Rosneft”in baş icraçı direktoru İqor Seçin və Andrey Belousov yer alır.

Şröder “Rosneft” Direktorlar Şurasına daxil olmağı şəxsi təşəbbüsü adlandırıb. Eks-kansler qeyd edib ki, Rusiya və Almaniya arasında iqtisadi-siyasi əlaqələrin yaxşılaşmasında fəal iştirak etmək niyyətindədir.

OilGas.az

176 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ