Mərkəzi Bankın not hərracında tələb təklifi üstələdi

Mərkəzi Bankın not hərracında tələb təklifi üstələdi

Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101567S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

OilGas.az birjaya istinadən xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,3812 manat (8.01%) olan 22 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 718 947 900 manat olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 16 may 2018-ci ildir.

18 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ