Mərkəzi Bank növbəti hərracını keçirir – 350 mln. manat cəlb edilə bilər

Mərkəzi Bank növbəti hərracını keçirir – 350 mln. manat cəlb edilə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

OilGas.az AMB-yə istinadən xəbər verir ki, hibrid depozit hərracı mayın 29-da “Bloomberg” ticarət platformasında keçiriləcək. Hərracda 350 mln. manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.

Depozit hərracının müddəti 13 gündür. Hərrac üzrə faiz dərəcələri 8,01 – 10,99% təşkil edir.

181 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ