Meksikada neft kəmərində partlayış olub

Meksikada neft kəmərində partlayış olub

Meksikanın Verakrus ştatında “Pemex” şirkətinə məxsus neft kəmərində güclü partlayış baş verib.
Oilgas.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, boru kəmərinin partlayış baş verən hissəsinin yaxınlığında 2003-cü ildə də partlayış olub. Həmin hadisə zamanı 8 nəfər həlak olub, 70 nəfər isə yaralanıb.

Oilgas.az

242 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ