Meksikada boru kəməri partlayıb – 20 nəfər ölüb, 54 yaralı var (Fotolar)

Meksikada boru kəməri partlayıb –  20 nəfər ölüb, 54 yaralı var (Fotolar)

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 20 nəfər ölüb, daha 54 nəfər yaralanıb.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyada istinadən “Televisa” telekanalı məlumat yayıb.

“İlkin məlumatlar çox ağırdır, mənə 20 nəfərin yandığını və 54-sinin isə yanıq xəsarəti aldığı bildirilib”, – deyə Fayyad söyləyib.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib.

Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.

114 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ