Meksikada 15 ilin ən böyük neft yatağı aşkarlandı

Meksikada 15 ilin ən böyük neft yatağı aşkarlandı

Meksikada 15 ilin ən böyük neft yatağı aşkarlanıb.

OilGas.az “Channel NewsAsia” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto məlumat verib. Verakrus ştatında yerləşən yatağı “Pemex” şirkəti kəşf edib.

İlkin qiymətləndirməyə əsasən, yatağın ehtiyatları 1,5 milyard bareldən daha çoxdur.

Yeni yatağa “İxachi-1” adı verilib. Yataq artıq mövcud olan neft hasilatı infrastrukturunun yanında yerləşir. Odur ki, yatağın işlənilməsi daha sürətlə aparılacaq.

Meksika prezidenti onu da qeyd edib ki, yataq əlverişli yerdə yerləşdiyi üçün hasil edilən neftin maya dəyəri ucuz başa gələcək.

OilGas.Az

94 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ