Mədənçıxarma sektorunda neft hasilatı artıb – Statistika

Mədənçıxarma sektorunda neft hasilatı artıb – Statistika

Bu ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 23,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% daha çoxdur.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb, neft sektorunda isə 0,2% azalıb.

Sənaye məhsulunun 72%-i mədənçıxarma sektorunda, 23,4%-i emal sektorunda, 4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Sahənin əsas məhsulu olan xam neftin hasilatı 19,3 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 8,9 milyard kub metr təşkil edib.

Mədənçıxarma sektorunda neft hasilatı 0,9% artıb, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb.

134 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ