“Mazut”un “fəaliyyətindən” iflas olmuş zavodlar.. – Manaf Süleymanovun “gördükləri”

“Mazut”un “fəaliyyətindən” iflas olmuş zavodlar.. – Manaf Süleymanovun “gördükləri”

“1869-cu ildə usta Allahyar Balaxanıda təzə üsulla quyu qazanda on-onbeş metr dərinlikdə yerin altında şiddətli gurultu, səs-küy qopduğundan, usta və fəhlələr bərk qorxuya düşüb cəld quyunu doldururlar. Yalnız üç ildən sonra – 1871-ci ildə Balaxanıda texniki üsulla quyu qaza bilirlər”.

OilGas.az xəbər verir ki, bu sözlər yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabında əks olunub. Süleymanov Azərbaycan neft sənayesinin inkişafını belə nəql edir:

1825-ci ildə Abşeron yarımadasında beş yerdə – Balaxanı, Sabunçu, Binəqədi, Bibiheybət və Şubanıda əl quyularından neft çıxarılırdı. Az miqdarda Pirallahı (Artyom) adasında əl ilə işləyən dayaz neft quyuları qazmağa başladılar.

1848-ci ildə rus mühəndisi Semyonov Azərbaycan torpağında dünyada ilk neft quyusu qazmışdı (ABŞ-dan 11 il əvvəl). 1863-cü ildə isə Pirallahı adasında mexaniki üsulla quyu qazmağa cəhd edirlərsə də, nəticəsiz qalır. 1869-cu ildə usta Allahyar Balaxanıda təzə üsulla quyu qazanda on-on beş metr dərinlikdə yerin altında şiddətli gurultu, səs-küy qopduğundan, usta və fəhlələr bərk qorxuya düşüb cəld quyunu doldururlar. Yalnız üç ildən sonra 1871-ci ildə Balaxanıda texniki üsulla quyu qaza bilirlər. Bu quyu gündə 45.000 pud (700 ton) neft verir.

1863-cü ildə Cavad adlı sahibkar Suraxanıda ağ neft zavodu tikdiribistismara verir.

Kokorev və Qubanin 1859-cu ildə Suraxanıda Atəşgah məbədi yaxınlığında ağ neft zavodu tikdirib işlədirlər. Neçə il sonra məşhur rus alimi Mendeleyevin məsləhəti ilə bu zavodu təkmilləşdirirlər. 1870-ci ildə Bakıda 47 zavod ağ neft emal edirdi.

1871-ci ildən əl qazması vurğu qazma üsulu ilə əvəz edilir. Bununlada get-gedə qazılan quyuların sayı və dərinliyi xeyli artır.

1872-ci ildə neft sənayesinin inkişafında çox ciddi maneə olan mövcud iltizam sistemi ləğv edilir və dövlət xəzinəsi mədənləri uzun müddətə icarəyə verməyə başlayır. İcarə pulunu əvvəldən alır. İcarəçilər birinci növbədə mayasını çıxarmağa və mümkün qədər artıq qazanmağa səy edirlər.

Beləliklə, nöyütlü ərazi keçir şəxsi əllərə, neft hasilatı da ildən-iləsürətlə artır. Bakı neft sənayesi kapitalizm inkişafı yoluna qədəm qoyur.

1872-ci ildə Bakı 1,5 milyon pud neft verdiyi halda, 1900-cü ildə 661milyon pud neft verir, bu da ölkədə çıxarılan neftin 95 faizi, bütün dünyada hasil olunan neftin yarısından çox idi.

Ağ neft emalı 1873-cü ildə 15.000 ton idisə, 1901-ci ildə bu rəqəm 2.500.000 tona çatdı.Bakıda yaranmış neft şirkətlərinin sayı aydan-aya artır, perspektivli, ümid verən torpaqların əsas hissəsi icarəçilərin əlinə keçirdi.

Yadelli kapitalistlər sərvət dalınca Bakıya axışırdılar. Nobelqardaşlarının 1879-cu ildə yaratdıqları şirkət neft quyuları qazmaq və istismaretməklə bərabər, axtarış-kəşfiyyat, neft emalı, ticarəti, elmi-tədqiqat işləri ilə dəməşğul olurdu.

1883-cü ildə Rotşildin nümayəndəsi Parisdən Bakıya gəlib “Xəzər-Qara dəniz” səhmdarlar şirkətini yaradır, tez bir zamanda rus neft sənayeçisi Peşkovskinin mədən, zavod və digər müəssisələrini ələ keçirir. “Xəzər-Qara dəniz” şirkətinin planı çox geniş idi: neft məmulatı almaq, emal və ixracetmək; əgər Nobel xırda neft sahibkarlarını neft kəmərlərilə sarımışdısa, fransızlaşmış yəhudi sərmayədarı Rotşild neft emal edən zavod sahiblərinə pultələləri qurub, iki milyon manat avans verməklə bir neçə il əl-qollarını elə bağlamışdı ki, heç kəsə mal sata bilmirdilər. Rotşild eyni zamanda “Mazut” ticarət komissiyası yaratmışdı. Ona borclu olan zavod sahibləri ağ nefti yalnız “Mazut”a təhvil verməli idilər. Bir çoxları bu komissiyanın “fəaliyyətindən” iflas olmuşdu.

Rotşildin birinci müvəkkili Debur özünə o zaman asudə guşə hesabedilən, dənizə yaxın, Bağ küçəsində xüsusi, təmtəraqlı imarət (R.Mustafayev adına İncəsənət muzeyi), idarə üçün isə şəhərin mərkəzindəPersidski (Poluxin) küçəsində yaraşıqlı bina tikdirmişdi. Debur Bakıdan gedəndə Sadovı küçədəki imarətini “Kavkazskoe tovarişestvo” şirkətinə satdı. Deburun vəzifəsinə Feqel Arnold Mixayloviç adlı bir adam təyin edilir; onun kiçik qardaşı Rotşildin Peterburqdakı müvəkkili idi.

1890-cı ildə ingilis Seyms Vişau Bibiheybətdə neft mədənləri və Qaraşəhərdə “Şibayev şirkətinin” zavodlarını alır. Belçika, Almaniya və Amerika Birləşmiş Ştatlarının nümayəndələri də Bakıda şirkətlər, maliyyə kredit-ticarət müəssisələri yaradırlar.

Sənaye, ticarət, nəqliyyat, gəmiçilik idarələri xeyli çoxalır.

Həsənbəy Zərdabi “Əkinçi” qəzetinin 1877-ci il 1 yanvar nömrəsində çəlləklə neft daşıyanlar barədə yazırdı: “Balaxanıdan zavodlara arabaçılar, 7-8 verst yoldur, pudu bir şahıdan – beş köpükdən neft daşıyıb bol pul qazanırlar. Deyirlər keçən il arabaçılar zavod sahiblərindən yarım milyon manat kirayə alıblar. İndi iki kompaniya düzəldiblər, birisi neft mədənlərdən zavodlara dəmir novalçalarla axıtmaq istəyir, o birisi dəmir yol çəkmək istəyir. Yerüstü novalçalarda neft axıtmaq istəyən kompaniyaya dövlət izn verib və bu baharonu başlayacaqlar. Yüz min manata qədər xərc olacaq. Dəmir yolu çəkməküçün yüz min manat cəm edilib, yüz min manat da lazımdır,

Neft cövhəri (ağ neft) satanlar keçən il ziyada nəf ediblər. Əvvəllər cövhərin pudu Moskva və başqa şəhərlərdə manat yarım, iki manata satılırdı. Ötən il 3-4 manata satılıb. Amerikadan bu il cövhər gətirilmədiyindən Bakı neftinin pudu qalxıb 6 manat 50 qəpiyə”.

93 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ