Maye qaz doldurma məntəqəsində yanğın: Ölən və yaralanan var

Maye qaz doldurma məntəqəsində yanğın: Ölən və yaralanan var

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.

OilGas.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib. Yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

OilGas.az

105 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ