Magistral kəmərdə sızıntı – Bakıda bu ərazilər qazsız qaldı

Magistral kəmərdə sızıntı – Bakıda bu ərazilər qazsız qaldı

Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.

OilGas.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb.

“Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub”,- deyə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

442 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ