Madurodan ilginc təklif: neft satışı üçün valyutalar səbəti yaradılsın

Madurodan ilginc təklif: neft satışı üçün valyutalar səbəti yaradılsın

Venesuela prezidenti Nikolas Maduro “qara qızıl”ın satışı üçün neft istehsalçısı olan ölkələrlə valyutalar səbəti yaradılmasını müzakirə edəcək.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o özü Rusiya energetika həftəsində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, neft satışının idarəedilməsi üzrə yeni mexanizm dünya bazarını stabil vəziyyətə gətirməyə və ədalətli qiymətlər müəyyən etməyə imkan verəcək:

“Venesuela neft satışı zamanı valyutalar səbətindən istifadə etməyə başlamalıdır. Neftimizi satmaq üçün yeni üsul düşünülməliyik. Valyuta səbətinə Çin yuanı, Rusiya rublu, avro və dollar daxil edilməlidir”.

Venesuela prezidenti qeyd edib ki, neft hasilatının azladılması barədə Vyana sazişinin müddətinin uzadılması çox vacibdir və bu məsələ iştirakçı ölkələrin müzakirə mərkəzində yer alır.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.
.
Kartel nazirlərinin növbəti görüşünun noyabrda Vyanada keçirilməsi planlaşdırılır.

OilGas.az

266 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ