Maduro çağırış etdi: Bu yolu davam etdirməliyik

Maduro çağırış etdi: Bu yolu davam etdirməliyik

Noyabrın 30-da Vyanada neft hasilatının azaldılması barədə Vyana sazişinin müddətinin uzadılması məsələsi müzakirə olunacaq.

OilGas.az xəbər verir ki, görüşə bir həftədən də az vaxt qaldığı bir zamanda Venesuela prezidenti Nikolas Maduro neft hasilatının azaldılması barədə OPEC+ sazişinin müddətini uzatmağa çağırıb. Onun sözlərinə görə, daha əvvəl  dünya bazarında son 60-80 ilin ən davamlı və dramatik neft qiymətlərinin ucuzlaşması dövrü müşahidə olunub:

“İndi biz beynəlxalq bazarlarda neft qiymətlərinin bu sazişə reaksiya verdiyini görürük. Bu bizə onu göstərir ki, Vyana sazişi davam etməli olduğumuz bir yoldur”.

Xatırladaq ki, OPEC+ sazişi 2016-ci ildə OPEC və kartelələ daxil olmayan bir qrup ölkə tərəfindən imzalanıb. 2017-ci ilin birinci yarısı üçün nəzərdə tutulan saziş 2018-ci ilin mart ayının sonuna qədər uzadılıb. Sazişin daha uzun müddətə uzadılmasına dair danışıqlar noyabrın 30-da Vyanada 24 ölkə nümayəndəsinin iştirakı ilə aparılacaq.

OilGas.az

80 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ