Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Macarıstanın Azərbaycan qazına artan marağı
“Azərbaycandan Macarıstana qaz nəqli artıq 2021-ci ildən mümkün ola bilər”.
OilGas.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Syarto məlumat verib.
Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşən Macarıstan XİN başçısı qaz tədarükünə hazırlıq üçün işçi qrupunun yaradılması barədə sənəd razılaşdırıb.
Syartonun sözlərinə görə, Macarıstan Azərbaycanda təbii qaz hasilatının artırılmasında və Avropa üçün nəzərdə tutulan təbii qazın tədarükündə iştirak etməkdə maraqlıdır:
“Bu, Macarıstan üçün çox vacibdir. Ona görə ki qaz alışında diversifikasiya artıq çoxdandır ki, gündəlikdə dayanır. Lakin müxtəlif geosiyasi və regional səbəblərə görə bu hələ reallaşdırıla bilmir”.
Qeyd edək ki, Macarıstan daha əvvəl artıq “Qazprom”la 2020-ci il üçün qaz tədarükünün detalları barədə razılıq əldə edib.
MÜZAKİRƏ