“LUKoyl” xalis mənfəətini 2 dəfə artırdı

“LUKoyl” xalis mənfəətini 2 dəfə artırdı

2017-ci ilin ilk yarımilliyində Rusiyanın “LUKoyl” neft şirkətinin xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bununla da şirkətin xalis mənfəəti 115,6 milyard rubl təşkil edib.

İlk yarımillikdə satışlardan əldə olunan mədaxil 22% azalaraq 103,37 milyard rubl, mənfəət isə 30,8% azalaraq 78,94 milyard rubl təşkil edib.

Bununla yanaşı, 2017-ci ilin ilk altın ayında şirkətin “digər gəlirlər” qrifi altında göstəriciləri ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyard rubl artaraq 63,26 milyard rubla bərabər olub.

Qeyd edək ki, “Lukoyl” Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova məxsusdur.

OilGas.az

 

239 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ