“Lukoyl” Rusiyadakı bütün yanacaqdoldurma məntəqələrini satır

“Lukoyl” Rusiyadakı bütün yanacaqdoldurma məntəqələrini satır

Rusiya şirkəti “Lukoyl” ilin sonuna qədər Rusiyadakı bütün yanacaqdoldurma məntəqələrini satmaq istəyir.
Oilgas.az Tass agentliyinə istinadən xəbər verir ki, bunun üçün müvafiq təkliflər potensial investorlara göndəriləcək.
“Lukoyl” rəhbərliyindən verilən məlumata görə, şirkətə bir neçə variant təklif olunub. Hazırda “Lukoyl” investorlardan sifariş qəbul edir. Hələ ki bu sifarişlərin sayı üçdür. Bundan başqa şirkət uzunmüddətli investorlara təklif vermək istəyir. Bu təkliflər yaxın günlərdə yönləndiriləcək.
Qeyd edək ki, şirkətin hazırda nəzərdən keçirdiyi variant məntəqələr zəncirinin üçdə birini üç hissəyə bölməklə il ərzində satmaqdır. Bu zaman şirkət bazardakı vəziyyətə baxacaq və mənfi faktorlar olduqda Rusiyadakı məntəqələrin hamısını yaxın 2 il ərzində bütöv halda satacaq.

Oilgas.az

558 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ