“LUKoyl” rəhbərliyindən Vyana sazişinə – Dəstək

“LUKoyl” rəhbərliyindən Vyana sazişinə – Dəstək

Rusiyanın OPEC-in neft hasilatının azaldılması barədə sazişindən çıxmasına gərək yoxdur.

OilGas.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “LUKoyl”un vitse-prezidenti Ravil Maqanov məlumat verib.

““LUKoyl” ölkə lideri nə desə, onu dəstəkləyəcək. Lakin mən düşünmürəm ki, belə bir mexanizm hazırlanacaq. Məhdudlaşdırmanın bu və ya digər şəkildə nəticə verdiyini aydın görürük. Yəqin ki, bu vəziyyətdə əlavə tədbir görmək mənasızdır”, -deyə Maqanov bildirib.

Qeyd edək ki, “LUKoyl” bu ilin ilk rübündə neft hasilatını 13%, 21.8 milyon tona qədər azaldıb.

OilGas.az

399 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ