“LUKoyl” prezidentinin oğlu biznesini dəyişir – Dəmiryoluna

“LUKoyl” prezidentinin oğlu biznesini dəyişir – Dəmiryoluna

“LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif ƏLəkbərov “Western Petroleum Transportation” (WPT) şirkətini satın alır.

OilGas.az xəbər verir ki, bu barədə Kommersant qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, WPT “LUKoyl”ın törəmələrilə daima sıx əməkdaşlıq edən kiçik dəmiryol operatorudur.

Qeyd edək ki, WPT 2003-cü ildən fəaliyyət göstərir. 2015-ci ildə şirkətin gəliri təxminən 109 milyon rubl, xalis gəliri 176 min rubl olub. Hazırda şirkərin tabeliyində 400 dəmiryol sisterni var. Onların hamısı “Lukoyl”un törəmə müəssisəsi “Lukoyl-Trans” tərəfindən icarəyə götürülüb.

Yusif Ələkbərov “LUKoyl”un səhmlərinin 0,13 faizinin sahibidir. Hazırda şirkətin menecerləri siyahısında adı keçir.

OilGas.az

388 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ