“Lukoil”in vitse-prezidenti 10 yaşlı qızı polisə verdi

“Lukoil”in vitse-prezidenti 10 yaşlı qızı polisə verdi

“Lukoil” neft şirkətinin vitse-prezidenti Qennadi Fedotov 10 yaşlı məktəbli qızla bağlı polisə müraciət edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb qızın vitse-prezidentin 10 yaşlı oğlunu döyməsidir. Məlumata görə, dördüncü sinif şagirdləri arasında dava geyim otağında baş verib.

Bədən tərbiyəsi dərsindən sonra əşyalarını götürmək üçün geyim otağına gələn oğlan sinif yoldaşının papağını ayaqladığını görüb. O, qızdan papağının üstündən ayağını çəkməyi xahiş edib. Bu zaman gicgahından zərbə alıb. Oğlanın yerə yıxılması tanınmış teleaparıcının qızı olan sinif yoldaşını dayandırmayıb. Məktəbli yerdə yatan oğlanın üzünü təpikləyib. Vitse-prezidentin oğlunun köməyinə 2 məktəbli qız yetişib. Hadisədən sonra oğlan evə üzündəki yara izləri ilə qayıdıb. Özəl klinikaya müayinə üçün aparılan 10 yaşlı məktəblinin dirsək oynağında və üzünün sağ hissəsində zədələr qeydə alınıb.

Bundan sonra neft şirkətinin top-meneceri polisə müraciət edib. Hüquq-mühafizə orqanının əməkdaşları şinif yoldaşlarına yardım edən məktəblilərin ifadəsini alıb. Həmçinin, gimnaziyanın müşahidə kameralarından olan videolentlə bağlı sorğu göndərilib.

Sinif yoldaşına hücum edən qızın valideynləri övladlarının oğlanla bağlı daha öncədən şikayətləndiyini deyiblər.

Faktla bağlı araşdırma davam edir.

182 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ