“LUKoil” “Litasco”nun satışını təxirə saldı – Səbəb

“LUKoil” “Litasco”nun satışını təxirə saldı – Səbəb

Rusiyanın “LUKoil” neft şirkəti İtaliyada yerləşən törəməsi “Litasco”nun satışının müzakirəsini təxirə salıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu şirkətin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov deyib. Onun sözlərinə görə, şirkətin satışın müzakirəsi 2018-ci ildə aparılacaq:

“Texnologiya ilə əlaqədar çox sayda problemlər meydana gəldi. Litasco uzun zaman şirkətlə texnoloji cəhətdən bağlıdır. Bu, neft və neft məhsullarının təchizi ilə bağlı inzibatçılıq məsələləridir”.

Xatırladaq ki, bir müddət əvvəl “Palmali” şirkətlər qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimov “LUKoil”in İsveçrədə yerləşən törəməsi “Litasco”nu məhkəməyə verib. Mənsimov “Palmali və “Litasco”nun 2005-ci il yanvarın 18-də “10+5” illik razılaşma çərçivəsində şirkətdən toplam 400 milyon dollarlıq gəmi satın aldığını, lakin şirkətin razılaşma şərtlərini pozduğunu bildirib.

OilGas.az

454 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ