Lukaşenko və Putin arasında telefon danışığı – Sankt-Peterburq razılaşması müzakirə edildi

Lukaşenko və Putin arasında telefon danışığı – Sankt-Peterburq razılaşması müzakirə edildi

Belarus prezidenti Aleksandr Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, liderlər telefon danışığı zamanı Sankt-Peterburq görüşü zamanı əldə olunan razılaşmaların yerinə yetirilməsini müzakirə ediblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqda Putin və Lukaşenkonun görüşü baş tutub. Görüşün yekununda Rusiya və Belarus arasında 1 ildən artıqdır ki davam edən neft-qaz probleminin həll edildiyi elan olunub. Razılaşmaya əsasən, Belarus “Qazprom”a 700 milyon dollar məbləğində borcunu qaytarmalıdır. Rusiya isə cavab olaraq 2018-ci ildən etibarən Belarusa neft tədarükünü 24 milyon tona çatdıracaq.

OilGas.az

398 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ